Tuba və onun MUMDAN HEYKƏLİ - fərqləndirmək olmur - Fotolar
Türkiyəli məşhur aktrisa Tuba Büyüküstünün İstanbulda yerləşən Madam Tüsso muzeyində mum heykəli hazırlanıb.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, heykəlin hazırlığı 2 ilə başa gəlib.
Heykəli tamamlamaq üçün Tubanın üz və bədən ölçüləri götürülüb. Aktrisanın diş quruluşu, saç, dəri və göz rəngi kimi xüsusiyyətləri müəyyən olunub.
İki ildə hazırlanan heykəl bu gün xüsusi açılışla nümayiş etdirilib.
Heykəli ilə Büyüküstünü yan-yana görənlər onları ayırd etməkdə çətinlik yaşayıb.





