Dərc edilib: 15-04-2023

https://www.nuh.az/34358-.html

Krala yumurta atana İCTİMAİ CƏZA verildi...

15.04.2023 10:45:05

LIVE

İngiltərə kralı III Çarlza yumurta atan Patrik Telvellə hökm oxunub. 


"Qafqazinfo" xəbər verir ki, bu barədə Britaniya Krallığının Prokurorluq Xidməti (CPS) məlumat yayıb.

 

Bildirilib ki, hakim 23 yaşlı Patrikə 12 ay ictimai xidmətə məhkum etməsi barədə qərar verib.

Telvell çıxışında etdiyi hərəkətdən peşman olmadığını açıqlayıb.

Xatırladaq ki, ötən ilin noyabrında Kral Çarlz həyat yoldaşı ilə York şəhərinə ənənəvi mərasim səfəri edərkən,  Patrikin yumurta hücumuna məruz qalıblar.

NUH informasiya agentliyi səhifəsindən çap edilib