Dərc edilib: 15-04-2023

https://www.nuh.az/34360-.html

BOZQURD partiyası da özünü BURAXDI

15.04.2023 12:06:33

LIVE

İsgəndər Həmidovun partiyası da buraxıldı

Azərbaycan Milli Demokrat Partiyası (Bozqurd) fəaliyyətini dayandırıb.
 
Qayanarinfo xəbər verir ki, partiya 2008-ci ildə qeydiyyatdan keçib və 2023-cü il aprelin 14-də fəaliyyətini dayandırıb. 
AMDP mərhum eks Daxili İşlər Naziri İsgəndər Həmidov tərəfindən qurulub. Partiyanın sədri Tufan Kərimdir.
Qeyd edək ki, Azərbaycanda fəaliyyətini dayandıran partiyaların sayı 13-ə çatıb. Belə ki, Müstəqil Azərbaycan, Azərbaycan Vahid Kommunist, Sosial Demokrat, Liberal Demokrat, Milli Vəhdət, Sosial Rifah, Azərbaycan Naminə Alyans, Təkamül, Birlik, Azad Respublikaçılar, Azərbaycan Respublikaçılar və Yeni Yol partiyaları öz hüquqi fəaliyyətlərinə xitam vermək barədə qərar qəbul ediblər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib