Dərc edilib: 15-04-2023

https://www.nuh.az/34361-.html

Erməni deputat bayrağa görə üzr istədi, təhqir olundu

15.04.2023 18:05:51

LIVE

Ermənistanlı deputat Hovik Ağazaryan Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı Azərbaycan bayrağının yandırılmasına münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, erməni deputat bu haqda sosial şəbəkədə paylaşım edib.

 
“Mən bütün beynəlxalq sivil ictimaiyyətdən üzr istəyirəm ki, mən bir vətəndaş və deputat kimi vəhşi və adamyeyən tayfaların təzahürlərini millətimdən tamamilə silmək üçün əlimdən gələni etməmişəm”, - deyə qeyd edib.

Deputatın bu açıqlaması sosial şəbəkələrin Ermənistan seqmentində birmənalı qarşılanmayıb, bu etiraf ona baha başa gəlib. Belə ki,  ermənilər növbəti dəfə öz dözümsüzlüyünü, barbarlığını nümayiş etdiriblər. Paylaşımının rəy hissəsində deputatın ünvanına olduqca kəskin tənqid və təhqirlər yazıblar.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib