Dərc edilib: 15-04-2023

https://www.nuh.az/34362-.html

Sumqayıtda sursat partladı - 2 nəfər öldü, 1 nəfər yaralandı

15.04.2023 20:23:47

LIVE

Sumqayıtda sursat partlayıb.


APA   xəbər verir ki, hadisə Yaşma yaşayış ərazisində qeydə alınıb.

İlkin məlumata görə, iki mülki şəxs ölüb, bir mülki şəxs xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, araşdırma aparılır.

***

Xızı rayonunda baş vermiş partlayış hadisəsi ilə bağlı cinayət işi başlanıb.

 
Bu barədə "Qafqazinfo"ya Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilir ki, aprelin 15-i saat 15 radələrində Xızı rayonunun Yaşma kəndi ərazisində partlayış baş verməsi barədə məlumat daxil olub.

Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu dərhal hadisə yerinə çıxaraq zəruri hərəkətlər aparıb və ilkin araşdırma zamanı müəyyən edilmişdir ki,  partlayışa şəbəb Sumqayıt şəhər sakinləri 1976-cı il təvəllüdlü Bəxtiyar Hüseynov, 1979-cu il təvəllüdlü Xankişi Quliyev və 2006-cı il təvəllüdlü Rəşad Əbilovun qeyd olunan ərazidə aşkar etdikləri mərmi başlığını götürməsi olmuşdur.

Hadisə nəticəsində Xankişi Quliyev və Rəşad Əbilov ölüb, Bəxtiyar Hüseynov isə müxtəlif xəsarətlər alıb. 

Faktla bağlı Xızı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb. 

İbtidai istintaq davam etdirilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib