Dərc edilib: 15-04-2023

https://www.nuh.az/34363-.html

AZADLIQ AŞİQİ-nin partiyası da BURAXACAQ....

15.04.2023 20:33:33

İdman

Daha bir neçə partiya fəaliyyətini dayandırır (SİYAHI)

"Siyasi partiyalar haqqında” yeni qanunun tələblərinə cavab verməyən partiyalar ard-arda fəaliyyətini dayandırır. Artıq fəaliyyətini dayandıran partiyaların sayı 13-ə çatıb. 
Qaynarinfo xəbər verir ki, proses davam edəcək. Yaxın vaxtlarda daha bir neçə partiya özünü buraxdığını bəyan edəcək. Bu sırada Azərbaycan Milli Dövlətçilik Partiyası (AMDP), Cümhuriyyət Xalq Partiyasının (CXP) və Müstəqil Xalq Partiyasının (MXP) adı çəkilir.
AMDP 1994-cü ildə qeydiyyata alınıb. Partiyanın sədri Nemət Pənahlıdır. 
CXP və MXP isə 2020-ci ildə qeydiyyata alınıb. Birincinin sədri Bədrəddin Quliyev, ikincinin sədri isə Əflan İbrahimovdur. 
Yanvar ayında "Siyasi partiyalar haqqında” yeni qanun təsdiqlənib. Yeni qanuna görə siyasi partiyaların qeydiyyatdan keçməsi üçün minimum 5000 üzv lazımdır. 
Partiyaların əksəriyyəti bu tələbə cavab vermədiyinə görə onlara iyul ayına qədər vaxt verilib. Bu müddət ərzində də 5000 üzv toplamaq iqtidarında olmayan partiyalar ya birləşmək, ya da fəaliyyətini dayandırmağa üstünlük verir.
Bu günə qədər aşağıdakı partiyalar fəaliyyətini dayandırıb: 
Müstəqil Azərbaycan Partiyası
Azərbaycan Vahid Kommunist Partiyası 
Azərbaycan Sosial Demokrat Partiyası 
Azərbaycan Liberal Demokrat Partiyası
Milli Vəhdət Partiyası 
Azərbaycan Sosial Rifah Partiyası 
Azərbaycan Naminə Alyans Partiyası 
Azərbaycan Təkamül Partiyası 
Birlik Partiyası
Azərbaycan Azad Respublikaçılar Partiyası
Azərbaycan Respublikaçılar Partiyası 
Yeni Yol Partiyası  
Azərbaycan Milli Demokrat Partiyası (Bozqurd) 
Partiyaların birləşməsinə gəlincə, hələlik belə bir fakt yoxdur.

NUH informasiya agentliyi səhifəsindən çap edilib