Dərc edilib: 15-04-2023

https://www.nuh.az/34366-.html

İrəvandan qayıdan idmançılarımız belə qarşılandı - Video

15.04.2023 22:17:24

LIVE

Xəbər verdiyimiz kimi, ağırlıqqaldırma üzrə Azərbaycan idmançıları Tbilisidən Bakıya gəlir. Onlar yaxın dəqiqələrdə Vətənə çatacaqlar.


"Qafqazinfo" xəbər verir ki, azarkeşlər idmançılarımızın gəlişini böyük maraqla gözləyirlər. 

Həmin görüntüləri təqdim edirik:

Qeyd edək ki, İrəvanda keçirilən Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı dizayner Aram Nikolyan səhnəyə qaçaraq qızın əlindən bayrağımızı götürərək yandırıb, daha sonra zaldan qaçmağa çalışıb. Bundan sonra Azərbaycan yığma komandası yarışda iştirakdan imtina edib. Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi birgə bəyanat yayaraq buna səbəb kimi Ermənistanın təhlükəsizliyi təmin etməməsini göstəriblər.

 
***

Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında iştirakdan imtina edən Azərbaycan millisinin Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi olub.

"Qafqazinfo" həmin coşqulu anları təqdim edir:

 

 

 








NUH informasiya agentliyi səhifəsindən çap edilib