Dərc edilib: 17-04-2023

https://www.nuh.az/34376-.html

Sumqayıt Bulvar İdarəsinin rəisi niyə işdən çıxarılıb? – 1.8 milyonluq borc məsələsi

17.04.2023 15:15:28

LIVE

Xəbər verildiyi kimi, ötən həftə Sumqayıt Bulvar İdarəsinin rəisi Yavər Vəliyev işdən çıxarılıb. JAMAZ.İNFO xəbər verir ki, Vəliyevin işdən çıxarılmasının əsas səbəbi kimi, onun bulvar ərazisində kənd təsərrüfatı məhsullarının əkilməsi və orada parnikin salınması oilub. 


Qeyd edək ki, bununla bağlı Baku TV sujet yayımlayıb. Həmin sujetdən sonra isə rəis işdən azad edilib.

JAMAZ.İNFO məsələ ilə bağlı bəzi araşdırmalar aparıb. Həmin vaxt əldə olunan məlumatlarda qeyd edilir ki, Yavər Əliyevin işdən çıxarılmasının əsas səbəbi heç də Bulvarda tərəvəz əkilməsi olmayıb. Bunun özü Bulvar İdarəsinin rəisinə qarşı qurulmuş oyun olub.

Belə ki, Yavər Əliyev hələ 2017-ci ildən sözügedən posta rəhbərlik edib. Onun Sumqayıtın icra başçısı Zakir Fərəcovla çox yaxşı münasibətləri olub. Elə Bulvar İdarəsinə rəis təyin olunandan sonra da ərazidə tərəvəz əkilməsinə start verilib. Buna isə Fərəcovun birbaşa özü razılıq verdiyi deyilir.

Bəs, nə baş verdi ki, icra başçısı belə bir biabırçı hadisənin indi gündəmə gəlməsinə imkan yaratdı? Elə məsələnin maraqlı tərəfi də budur.

JAMAZ.İNFO-nun əldə etdiyi məlumata görə, Yavər Əliyev hələ Zakir Fərəcov Abşeronun icra başçısı olduğu dönəmdən onunla şərikli hərəkət edib. Daha doğrusu, Yavər Əliyev icra başçısının “qara qutusu”, “gizli kassa”larından biri olub. Onun rəhbərliyi ilə təkcə, Abşeronda deyil, Sumqayıtda da çoxlu sayda orta məktəb və uşaq bağçaları inşa edilib. Əksər tenderlərin qalibi də elan edilib.

Üstəlik, Sumqayıt Bulvar İdarəsinin ərazisində bostanın salınmasına da Fərəcov razılıq verib. Bu razılıq da ondan ibarət olub ki, əldə olunan gəlirdən ona da pay verilsin. Yəni, həmin bostanda Fərəcovun da payı olub.

Əldə edilən məlumatlara görə, Yavər Vəliyevin hədəfə gəlməsi və işdən çıxarılması hadisədən iki gün əvvəl baş vermçiş görüşün nəticəsi olub. Belə ki, Vəliyev işdən çıxarılmamışdan iki gün əvvəl Zakir Fərəcovun qəbulunda olub. Qəbula getməsinin səbəbi isə icra başçısının ona olan borcu ilə bağlıymış. Etibarlı mənbələr bildirilər ki, uzun zamandır Sumqayıtda bir çox tikinti və yenidənqurma işlərini həyata keçirən Yavər Vəliyev, onların hamısını icra etsə də, İcra Hakimiyyətdindən həmin işlər üçün ayrılmış pulu ala bilməyib. İlkin mərhələdə bu borcun 10 milyon manata yaxın olması bildirilir. Lakin Fərəcov Sumqayıt İcra Hakimiyyətinin ərazi-idarəetmə şöbəsinin müdiri Gündüz Əliyev vasitəsi ilə ona bu pulun böyük qismini ödəyib. Nəticədə, onlar arasında 1.8 milyoin manatlıq borc qalıb.

Yavər Vəliyevin birdən birə həmin pulu istəməsi də onun özünün borcları ilə bağlı olub. Görülən işlər müqabilində alınan mal və materialların sahibləri Vəliyevdən həmin pulları verməsini tələb etdiyindən, o da Zakir Fərəcova üz tutmalı olub.

Həmin məlumata görə, tərəflər arasında görüş heç də ürəkaçan səviyyədə olmayıb. Hətta Yuavər Vəliyev durumununb çox ağır olduğunu, borc sahiblərinin evinə qədər gəldiklərini bildirərək, həmin pulun qısa zamanda verilməsini istəyib. Lakin Zakir Fərəcov həmin pulu verə bilməyəcəyini, indi imkanının olmadığını vurğulayıb. Nəticədə, tərəflər arasında narazılıq yaranıb.

Bu hadisədən iki gün sonra isə Yavər Vəliyev “bulvarda bostan əkdiyinə görə” işdən çıxarılır. Özü də bunu medianın əli ilə edirlər. Məlumata görə, Sumqayıt İcra Hakimiyyətində belə işlərin ustası Gündüz Əliyev hesab olunur. Yerli şöbənin müdiri olan bu şəxs Fərəcovun təlimatı ilə xəbəri mətbuata “uçurur”. Ardından isə qalmaqallı xəbər yayılır. Yekunda isə Yavər Vəliyev həminm sujet əsas gətirilməklə işdən çıxarılır.

Maraqlıdır ki, 6 ildən çoxdur Sumqayıt Bulvarında tərəvəz əkildiyi halda, onu indi üzə çıxarıblar. Bu da yuxarıda qeyd etdiyimiz bortc məsələsi ilə bağlıdır. Çünki Zakir Fərəcovun pul verməklə qəti arası yoxdur. Elə bu səbəbdəndir ki, 2016-cı ildən bəri icra başçısı onlarla iş adamının görddükləri işlərin müqabilnidə ödənilməli olduğu 10 milyon manatdan çox pulunu vermir. Həmin qalmaqal bu gün də davam edir. Sahibklarlar davamlı olaraq incidilir, qəbula çağırılaraq, ələ salınır, təhdid edilir.

Pul məsələsində Fərəcovun ayrıca “prinsipləri” var. İsrarla ondan pul tələb edən bir neçə sahibkarı indiyə qədər ya həbs etdirib, ya təhdid edib, ya da şərtli şəkildə həmin məbləğin bir hissəsini qaytarıb. Şərt də budur ki, borcun yarısından sahibkar imtina etməli, yəni, onu Fərəcova bağışlamalıdır. Yerdə qalanı isə hissə-hissə ödənilməklə verilir.

Görünən odur ki, Fərəcovla pul zarafatı keçmir. Hətta şəriki olsa belə….

Qarşı tərəfi də dinləməyə hazırıq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib