Dərc edilib: 17-04-2023

https://www.nuh.az/34378-.html

Rafiq Tağının qətlinin istintaqı gündəmdə - Qardaşından müraciət

17.04.2023 17:13:24

Cəmiyyət

11 il öncə qətlə yetirilən yazıçı-publisist Rafiq Tağının yaxınları qətllə bağlı açılmış cinayət işinin yenilənməsini istəyib. 

Qaynarinfo "AzadlıqRadiosu”na istinadən xəbər verir ki, Rafiq Tağının qardaşı İlqar Tağı müvafiq qurumlara müraciət edib.
O, yeni istintaq qrupunun yaradılmasını və qətlin araşdırılmasını tələb edib:
"İstintaqı daha dərin aparmaq laızm idi. Səthi aparıldı. Ona görə də, istintaq nəticə vemədi, yaxud da nəticələri qəsdən gizlədildi. Hesab edirəm ki, Fazil Mustafaya edilən sui-qəsddən sonra Rafiq Tağının istintaqı da yenilənməlidir. Təzə istintaq qrupu müəyyənləşdirilməlidir. DTX, Baş Prokurorluq və DİN-dən ricam budur ki, Rafiq Tağının məsələsinə təzə istintaq qrupu təşkil edilərək yenidən baxılsın”.
Qeyd edək ki, R.Tağı 2011-ci ilin noyabrında işdən evə gedərkən yolda bıçalanıb. O, 4 gün sonra xəstəxanada vəfat edib. R.Tağının qətli ilə bağlı başlanmış istintaq işi təxmini 2 il sonra dayandırılıb. Rəsmi izahda cinayəti törədənin müəyyən edilməməsi göstərilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib