Dərc edilib: 20-04-2023

https://www.nuh.az/34401-.html

Rusiya mədəniyyət nazirinin müavini həbs edilib

20.04.2023 13:58:42

Kriminal

Rusiyanın Moskva şəhərinin Basman rayon məhkəməsi ölkə mədəniyyət nazirinin keçmiş müavini Olqa Yarilova barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Məlumatı TASS yayıb.

Bildirilib ki, Olqa Yarilova müavin işlədiyi dövrdə Moskvada “Puşkin xəritəsi” layihəsində iştirak edərək 200 milyon rubldan çox maliyyə vəsaitini ( təxminən 2 500 000 dollar) mənimsəməkdə ittiham olunur. Məlumata görə, ona qarşı dələduzluq maddəsi üzrə cinayət işi başlayıb.

Qeyd edək ki, Olqa Yarilova 2018-2022-ci illərdə mədəniyyət nazirinin müavini işləyib. 2022-ci ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib