Dərc edilib: 20-04-2023

https://www.nuh.az/34404-.html

Əliyalın 38 mərtəbəli göydələnə dırmandı - Video

20.04.2023 17:53:05

LIVE

“Hörümçək adam” kimi tanınan fransız alpinist Alen Rober ölkəsində pensiya yaşının artırılmasına etiraz edən yüzminlərlə insana dəstəyini nümayiş etdirmək üçün Parisdə 38 mərtəbəli göydələnə dırmaşıb.

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, 60 yaşlı alpinist bunu yalın əllərindən və bir cüt dırmanma ayaqqabısından istifadə edərək, təhlükəsizlik kəndiri olmadan həyata keçirib.

“Mən pensiya islahatına qarşı çıxanlara dəstəyimi göstərmək üçün buradayam”,- deyə Rober 150 metrlik göydələnə qalxmazdan əvvəl bildirib.

Qeyd edək ki, Fransada pensiya yaşı 62-dən 64-ə qaldırılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib