Dərc edilib: 20-04-2023

https://www.nuh.az/34409-.html

Üç yaşlı qızı qaçırıb diri-diri basdırdı - ŞOK

20.04.2023 23:52:10

LIVE

Nigeriyada azyaşlı vəhşicəsinə öldürülüb. 


Xarici media bildirir ki, hadisə Katsina şəhərində baş verib. Evə basqın edən şəxs atası yatan üç yaşlı uşağı qaçırıb və 800 min naira (təxminən 2953 manat) məbləğində pul istəyib.
Ailə onunla danışıqlara başlayıb və azyaşlının azad edilməsi üçün 150 min naira (təxminən 540 manat) ödəyib. Lakin oğru pulu aldıqdan sonra uşağı qaytarmaqdan imtina edib.
Azyaşlının atası polislə əlaqə saxlayıb. Bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsin şəxsiyyətini müəyyən edib və onu həbs ediblər. Dindirilmə zamanı qaçıran şəxs uşağı diri-diri basdırdığını bildirib.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib