Dərc edilib: 21-04-2023

https://www.nuh.az/34411-.html

Muzeydə saxlanılan əqiqin 60 milyon illik dinozavr yumurtası olduğu...

21.04.2023 11:52:12

LIVE

Muzeydə saxlanılan əqiqin 60 milyon illik dinozavr yumurtası olduğu üzə çıxdı

Mütəxəssislər qrupu Londonun Təbiət Tarixi Muzeyində saxlanılan əqiqi təfərrüatlı şəkildə tədqiq edib və onun yaşı 60 milyon ildən çox olan dinozavr yumurtası olduğunu müəyyən ediblər. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Gismeteo" muzeyin mətbuat xidmətinə istinadən yazıb.
 
Daş 1880-ci illərdən muzeydə saxlanılır. Mütəxəssislər onun forması ilə maraqlanıb və obyekti kompüter tomoqrafiyası vasitəsilə tədqiq ediblər, bundan sonra son dərəcə təəccübləniblər.
Müəyyən edilib ki, ən böyük dinozavrlardan birinin - uzunluğu 35, hündürlüyü 8 m-dən çox olan titanozavrın bu yumurtası vulkan püskürməsinin altına düşərək lava ilə örtülüb, nəticədə əqiqə çevrilib.
Mütəxəssislərdən birinin dediyi kimi, bu, onun indiyə qədər rastlaşdığı ən heyrətamiz tapıntılardan biridir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib