Dərc edilib: 21-04-2023

https://www.nuh.az/34413-.html

Şəmkirdə restoranda qonağın qızıl təsbehini oğurladı

21.04.2023 15:22:47

LIVE

Şəmkirdə oğurluq etmiş şəxs tutulub.

“Qafqazinfo” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Şəmkir şəhəri ərazisindəki restoranların birindən Bakı şəhər sakini A.Baxşəliyevin 2000 manat dəyərində qızıl təsbehinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

 
 

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən rayon sakini A.Bəhramlı müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib