Dərc edilib: 21-04-2023

https://www.nuh.az/34414-.html

MAFİYA adamları pələnglərə yedizdirir ...

21.04.2023 15:31:16

LIVE

Sağ qalanlar pələnglərə yedizdirilir, parçalanmış əzələlərin üzərinə acı bibər tökülür - Sinaloanın dəhşətləri

Meksikalı kartel lideri, "El Çapo" ləqəbli Xoakin Quzmanın oğulları - "Los Çapitos" kimi tanınır. Hər il narkotik satışından milyardlarla dollar qazanan "Los Çapitos"lar hakimiyyətdə saxlayan nədir? - Qətl, xaos və işgəncə...
ABŞ Ədliyyə Nazirliyinin məşhur Sinaloa kartelini hədəf alan 28 səhifəlik yeni ittiham aktında şok detallar yer alıb. Bu yaxınlarda dərc edilmiş ittihamnamədə Sinaloa kartelinin 28 lideri və üzvləri, o cümlədən "El Çapo"nun oğulları - İvan, Alfredo Quzman Salazar, Xoakin və Ovidio Quzman Lopez dünyanın "ən böyük, ən şiddətli və səmərəli" narkotik alveri şəbəkəsinə rəhbərlik etməkdə günahlandırılır. Bundan əlavə, qardaşların və onların ardıcıllarının sadist işgəncə üsullarının həddi-hüdudu olmadığı üzə çıxıb. 
Navolato ferması
Cinayət işinə görə, 39 yaşlı İvana məxsus Navolato adlı Sinaloa ferması dindirmələrin qorxu filminə çevrildiyi yerdir. Rəqib kartel üzvləri,  
əməkdaşlıqdan imtina edən hüquq-mühafizə orqanları əməkdaşları və sədaqətsiz Sinaloa üzvləri işgəncə üçün fermaya aparılır.
Navolatoda işgəncə üsullarına "Waterboarding" və elektrik şoku daxildir. ABŞ-ın İraqı işğalı zamanı tanınan "Waterboarding” üsuluna işgəncəyə məruz qalan şəxs 45 dərəcə maili taxtaya başıaşağı qoyulur. Əlləri və ayaqları bağlı olan qurbanın üzü parça ilə örtülür. X şəklini alan qurbanın üzünə havadan təzyiqli su tökülür. "Su taxtası” da adlandırılan üsulda işgəncə görənlərin yaşadıqları hiss ağciyərlərinin su ilə dolması, yəni boğulmasıdır. ABŞ altı il əvvəl "Waterboarding" metodunu qadağan edib.
Sinaloanın işgəncə fermasına gətirilənlər tələb olunan məlumatı verdikdən sonra işə yararsız hala gələrək yox edilir. "Şanslı" olanlar tez güllələnərək öldürülür.
Bəxti gətirməyənlər isə iki qardaşın "ev heyvanı” kimi bəslədikləri pələnglər üçün yemə çevirilir.
İttihama aktına görə, kartel üzvlərindən biri əsir götürülmüş federal hüquq-mühafizə orqanının zabitinin əzələlərini tıxacla doğrayıb, sonra onun açıq yaralarına və burnuna acı bibər töküb. Meksikalı polisin güllələnərək öldürüldüyü bildirilir.
"Sinaloada küçənin bir tərəfindən o biri tərəfinə keçərkən cəsədlərlə dolu qara çantalar görəcəksiniz", deyə agentlərdən biri qeyd edir.
 
Bundan əlavə, ittihamnamədə rəqib narkotik kartellərinin və dövlət məmurlarının oğurlanacağı, işgəncələrə məruz qalacağı və öldürüləcəyi də bildirilir. Amma sadə vətəndaşlar da qurban seçilib.
Sinaloa narkotik kuryerləri olaraq tez-tez yerli əhalinin əməkdaşlığa ehtiyacı olanda təklif edir, lakin bunu nəzərdən keçirmək üçün nə vaxt, nə də seçim verirmiş.
"New York Post"a danışan yazıçı Don Vinslov bildirib ki, kartel yerli sakinlərə sövdələşmələr təklif edir və o, bunu "plateau o plumo-silver - gümüş və qurğuşun" adlandırır. Sinaloa haqqında geniş araşdırmalar aparan Vinslov danışır:
"Hə" deyərsən və çoxlu pul alarsan, amma "yox" deməyə cəsarət etsəniz, sizi öldürərlər, bəlkə də ailənizi qurban verərlər. Uşağınızı gözünüzün qabağında öldürərdilər, hələ də "hə" deməsən səni yox edərlər. Sonra sıradakı adamın yanına gedib deyirlər: "Filip və oğlunu ətrafda görmüsənmi?" deyərək gözdağı verirlər. 
Meksika polisi və ordu bölmələri 2019-cu ilin oktyabrında "El Çapo"nu əvəz edən və kartelə rəhbərlik edən oğlu Ovidionu gözlənilməz şəkildə ələ keçirib. Lakin həbsdən sonra nələrin baş verəcəyini heç kim proqnozlaşdıra bilməzdi.
Avtomatlarla küçələrə çıxan Sinaloa üzvləri şəhəri sözün əsl mənasında döyüş meydanına çevirirlər. Evlərin, iş yerlərinin və nəqliyyat vasitələrinin zərər çəkdiyi qarşıdurmada onlarla adam ölüb, 51 məhbus qaçıb. Meksika hökuməti üsyandan sonra Ovidionu azad edib.
Təxminən üç ildən sonra düymə 2023-cü ilin yanvarında yenidən basılıb və 32 yaşlı Ovidio Quzman yenidən həbs edilib. Sinaloa üzvləri yenidən əsgər və polislə toqquşub, yollarda barrikadalar qurub, küçələrdə maşınları yandırıb. Kartel o qədər qəzəblənib ki, hava limanında olan təyyarələr atəşə tutulub. Hadisələrdə 10-u əsgər, 19-u kartel üzvü olmaqla 29 nəfərin öldüyü açıqlanıb.
 
Helikopterlə paytaxt Mexikoya aparılan Ovidio Quzman yüksək təhlükəsizlik sistemli həbsxanada saxlanılır. ABŞ da oğul Quzmanın ekstradisiyasını istəyir, lakin Mexiko administrasiyası hələlik bu tələbi qəbul etmir. Hazırda ABŞ həbsxanasında saxlanılan "El Çapo" 2017-ci ildə Meksika tərəfindən şimal qonşusuna ekstradisiya edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib