Dərc edilib: 21-04-2023

https://www.nuh.az/34415-.html

Ərdoğan Türkiyədə qaz və suyu 1 il pulsuz elədi - ŞAD XƏBƏR

21.04.2023 15:54:48

LIVE

Qaz böhranı səbəbindən çətin günlər keçirən Avropa ölkələri ümid edirlər ki, Türkiyənin kəşfi onların Rusiyadan asılılığını azaldacaq

Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə dünən axşam Filyos Qaz Emalı Müəssisəsində Qara dəniz qazının istismara verilməsi mərasimi keçirilib. Ərdoğan bütün dünyanın maraqla gözlədiyi mərasimdə bir-birinin ardınca şad xəbərləri sıralayıb. Türkiyə Prezidenti evlərə verilən təbii qazın 1 ay müddətində pulsuz olacağını açıqlayıb. 

"İki şad xəbəri paylaşmaq istəyirəm. Birinci şad xəbər, vətəndaşlarımızın mətbəxlərində istifadə etdikləri təbii qaz və isti su istehlakını 1 il pulsuz edirik. Ayda orta hesabla 25 kubmetr olan təbii qazın dəyəri bir il müddətində hesablardan çıxılacaq. Nəzərə alsaq ki, qarşıda yay gəlir, bu, o deməkdir ki, bir çox evlər qaz pulunu ümumiyyətlə ödəməyəcək. Pulsuz təbii qazınız xeyirli olsun. İkinci müjdəmizi elan edirəm, 1 ay ərzində Türkiyədəki bütün yaşayış evlərinin təbii qaz istehlakı üçün ödəniş edilməyəcək", - Ərdoğan deyib.

Musavat.com xəbər verir ki, AFP xəbər agentliyi Türkiyənin Qara dənizdəki kəşfinin enerji sahəsində xarici asılılıqdan qurtulmağın bir yolu olduğuna diqqət çəkib və bununla bağlı ekspert rəylərinə yer verib.

cumhurbaskani-erdogan-mutfak-ve.jpg (42 KB)

 

AFP-yə danışan ekspertlər Qara Dəniz qaz yatağının Türkiyə iqtisadiyyatını gücləndirəcəyi qənaətindədirlər.

Türkiyənin Qara dəniz qazını quruya çatdırması Rusiya-Ukrayna müharibəsindən sonra Avropada başlayan qaz böhranı səbəbindən qışı çətinlik içində keçirən Avropa İttifaqı ölkələrində böyük əks-səda doğurub.

ABŞ-ın "Marketplace" media orqanı Sakarya qazının Türkiyədə qaz ödənişlərini azaldacağını və Türkiyəni daha dayanıqlı bir vəziyyətə gətirəcəyini yazıb. "Türkiyənin yeni təbii qaz kəşfi Avropanın Rusiyadan qurtulmasına kömək edəcəkmi? Ümid edilir ki, tədarüklər Rusiyadan asılılıqdan qurtulmaqda Avropaya kömək edəcək" - məqalədə qeyd olunub.

"Bloomberg" isə Ərdoğanın mənzil təsərrüfatları üçün təbii qaz ödənişlərinə bir illik endirim vəd etdiyinə diqqət çəkib. “Türkiyə təbii qazının bir hissəsini gələcəkdə Avropaya ixrac edə bilər, lakin prioritetin daxili bazara veriləcəyi bildirilir" - məqalədə qeyd olunub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib