Dərc edilib: 24-04-2023

https://www.nuh.az/34416-.html

İlham Əliyev Gürcüstanın müdafiə nazirini qəbul etdi - Yenilənib

24.04.2023 12:21:50

Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 24-də Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladzeni qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Prezidentin Mətbuat xidməti məlumat yayıb.

***

Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyi vurğulanıb.

Bu ilin aprelində Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin ölkəmizə səfəri xatırlanıb, səfər zamanı əlaqələrimizin daha da genişləndirilməsi ilə bağlı səmərəli müzakirələrin aparıldığı qeyd olunub.

Dövlət başçısı və Gürcüstanın müdafiə naziri əməkdaşlığımızın perspektivlərini, regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib