Dərc edilib: 26-04-2023

https://www.nuh.az/34421-.html

Azərbaycanlı alimin kitabı Tbilisidə nəşr olundu

26.04.2023 10:39:01

Cəmiyyət

Azərbaycanlı alimin kitabı Tbilisidə nəşr olundu

 

Azərbaycanlı alim, siyasi elmləri doktoru, professor, Gürcüstan Beynəlxalq Münasibətlər və Politologiya Akademiyasının fəxri doktoru Vaqif Abdullayevin “Milli dövlətçiliyimizin simvolu” kitabı Tbilisidə Azərbaycan və gürcü dillərində nəşr olunub.

“Qafqazinfo” xəbər verir ki, kitab Ulu Öndərin 100 illik yubileyi tədbirləri çərçivəsində çap olunub. Elmi əsərdə Azərbaycan milli elitasının formalaşma tarixi, bu fasiləsiz prosesin son 40 ilində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sosioloji və politoloji rakursdan, “millət-lider-elita” aspektindən işıqlandırılıb.

Müəllif göstərir ki, milli-siyasi elitamız Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə epoxaların ekstremallığına baxmayaraq, millətin varlığını qorunması və inamla gələcəyə addımlamasında üzərlərinə düşən missiyanı layiqincə yerinə yetirib.

Ulu Öndərin Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı tarixi əhəmiyyətli fikirləri ilə başlayan kitabda o dövrün siyasi mənzərəsi və siyasi elitasının fəaliyyəti, 1969-cu ildə Ümummilli Liderin siyasi hakimiyyətə gəlişi ilə Azərbaycanda müasir siyasi elitanın formalaşmasının xüsusiyyətləri, Heydər Əliyev fenomeninin SSRİ miqyasındakı əhəmiyyəti, Ulu Öndərin idarəçilik üslubunun milli-siyasi konsepsiyası ətraflı təhlil olunur.

Kitabda, eyni zamanda, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev yeni yüzilliyin yeni lideri kimi xarakterizə olunur. İlham Əliyev şəxsiyyətinin “xalq-lider-elita” müstəvisindəki rolu xüsusi qeyd olunur.

Azərbaycan və Gürcüstanın ali təhsil ocaqları üçün əsl tarixi mənbə olan elmi əsərdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın milli-siyasi elitamızın formlaşmasındakı rolu ayrıca təhlil edilir. 

 

Fotoda Vaqif Abdullayev:

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib