Dərc edilib: 28-04-2023

https://www.nuh.az/34440-.html

İsa peyğəmbərə qovuşmaq üçün “ölüm orucu” tutan 90 nəfər həyatını itirdi

28.04.2023 12:19:05

Maraqlı

Keniyada "ölüm orucu” tutaraq həyatını itirənlərin sayı 90-a çatıb. 


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Keniyanın Malindi qəsəbəsində “İsa peyğəmbərlə qarşılaşacağına söz verən” və “ölüm orucu” tutan insanların sayı gündən-günə artır.

“Ölüm orucu” tutmaq istəyənlər Xoş Xəbər Beynəlxalq Kilsəsi yaxınlığındakı Şakahola meşəsinə üz tutaraq orada əbədi olaraq özlərini ölümə tərk edirlər.

Rəsmilər hadisə ilə əlaqədar 3 nəfərin nəzarətə alındığını və istintaqın davam etdiyini bildiriblər.

Məsələ ilə bağlı bütün kilsə, məscid, məbəd və sinaqoqlar üçün sərt qaydalar tətbiq olunub.

 





NUH informasiya agentliyi səhifəsindən çap edilib