Dərc edilib: 28-04-2023

https://www.nuh.az/34444-.html

Rasət Pirisoyu məhkəmə-hüquq sistemindən yazır....

28.04.2023 22:33:42

Cəmiyyət

Rasət Pirisoyu yazır  
İki gündür başım qarşıqdır.
Bu gün yazıram.
Deməli, belə...
26 aprel 2023-cü il tarixdə, Binəqədi rayon məhkəməsində gülməli, qəribə, həm də məni mat qoyan, əsl məzhəkə tipində bir hadisə baş verib.
Binəqədi İcra Şöbəsinin icra məmuru Aynurəxanım Ağalarova bizim böhtançı Sevinc Vaqifqızına qarşı qaldırdığımız və Bakı Apellyasiya məhkəməsi və Ali Məhkəmə tərəfindən tam həcmdə təmin olunan iddia tələbimizi «icrası mümkün olmayan icra sənədi kimi» Bakı Apellyasiya məhkəməsinə qaytarıb.
Biz Aynuraxanım Ağalarovanın qəbul etdiyi qərardan şikayət vermişik, əvvəl Apellyasiya məhkəməsinə, sonra da Binəqədi məhkəməsinə… Şikayətimiz Apellyasiya məhkəməsində qəbul olunmasa da (bu ayrıca söhbətin mövzusudur), Binəqədi məhkəməsində qəbul olunub və şikayətimiz hakim Səadət Səlimovanın icraatına verilib.
Mən vaxtında məhkəmədə olmuşam.
Tərəflər gəlməsə də, proses başlayıb.
Mən keçib yerimdə oturmuşam.
Görürəm mənimlə üzbəüz tərəfdə bir qadın əyləşib, narahat - narahat, həm də bir az çaşqın şəkildə, bir az da qorxuyla mənə baxır, həyəcanlıdır.
Biz hakim Səadət Səlimovaya etiraz hazırlamışıq. O etirazı bu yazıdan sonra yayacağam.
Səadət Səlimovanın bildirişinə görə prosesdə üç nəfər iştirak etməlidir; tələbkar, icra məmuru və borclu…
Nə Aynurəxanım Ağalrova prosesdə iştirak edir, nə də böhtançı Sevinc Vaqifqızı
Hakim qarşımda əyləşən qadına sual verir:
- Sevinc sizsiniz?
Qadın sıxıla-sıxıla - bəli! - deyir. Hiss edirəm ki, hakim qarşıda əyləşən Sevincə heyrətlə baxır.
Mən hələ heç nə başa düşmürəm.
Hakim prosesi açıq elan edir. Mən qalxıram və hakimə etirazımı bildirirəm, etirazımın mətnini və etiraza əlavə olunun sənədləri hakimə təqdim edirəm.
Hakimlə mənim aramda dialoq başlayır.
Mən hakimə izah edirəm ki, biz onun ədalətli qərar çıxarcağına əmin deyilik, belə düşünməyə ciddi əsaslarımız var, o bir dəfə bu işə baxıb, Binəqədi İcra Şöbəsinin təqdim etdiyi təqdimatı mahiyyəti üzrə araşdırmayıb, təqdimatın tələbini bir kənara qoyaraq, təqdimata dəxli olmayan məsələlərin müzakirəsi ilə məşğul olub, ədalətsiz qərar çıxarıb, ona görə də o bu prosesə hakimlik edə bilməz.
Hakim mənimlə üzbəüz əyləşmiş qadına müraciət edir.
- Siz nə deyirsiniz?
Qadın az qala titrəyə-titrəyə «vallah» - deyir, «mənim heç kəsə borcum yoxdur», «oğlunun orduda olduğunu» bildirir, çaşqınılıq, qorxu içində və həm də bir az nifrətlə mənə baxır.
Mən yenə də heç nə başa düşmürəm.
Handan-hana, həm hakim Səadət Səlimovanın baxışlarından, həm də qarşımda əyləşən qadının adınin Sevinc olduğunu bildiyimdən, fikirləşirəm ki, birdən bunun atasının adı da Vaqif olar ha, soyadı da Abbasova...
Başqa sözlə, hakim Səadət Səlimova böhtançı Sevinc Vaqifqızının yerinə Bakı şəhərindən hansısa bir Sevinc Vaqifqızı tapar, məhkəməyə dəvət edər...
Mən hakimdən soruşuram:
- Möhtərəm hakim, bu xanım kimdir?
Hakim cavab verir:
-Abbasova Sevinc Vaqif qızı…
Mən hakim Səadət Səlimovaya növbəti sualımı verirəm:
-Axı bu Abbasova Sevinc Vaqif qızının burda müzakirə olunan işə nə dəxli var?
Qadın rahatlıqla nəfəs alır, mənə minnətdarlığını bildirir, - Qardaş, - deyir, - allah sizdən razı olsun… - 14 gündür ürəyimi yeyirəm - deyir, - vallah mənim heç kəsə borcum yoxdur - deyir…
Hakim Səadət Səlimova köməkçisinə internetdə Bakı şəhərində nə qədər Abbasova Sevinc Vaqif qızının olduğunu məyyənləşdirmək tapşırığı verir, köməkçi internetdə axtarış aparır, məlum olur ki, Bakıda bir xeyli Abbasova Sevinc Vaqif qızı yaşayır…
Mənim sözümdən sonra məhkəməyə təsadüfən çağırıldığını başa düşən (təsadüfənmi? - R.P.) Abbasova Sevinc Vaqif qızı zaldan çıxmağa hazırlaşanda mən Sevinc xanımdan bayırda məni gözləməyəi xahiş etdim, Sevinc xanım məni gözləyəcəyinə söz verdi və zaldan çıxdı…
Mən etirazımızı hakim Səadət Səlimovaya təqdim etdim…
Məhkəmə daha 15-20 dəqiqə də uzandı.
Nəhayət başa çatdı.
Mən iclas zalından çıxıb, Sevinc xanımın məhkəmə zalının qapısında məni gözlədiyini gördüm.
Əsgər oğlu ilə tanış oldum. Oğlunun adı Rəhman idi. Mənim babamın adı da Rəhman olub. Rəhman Tovuzda qulluq etdiyini dedi.
Sevinc xanımdan hər etimala qarşı telefonun istədim. Sevinc xanım telefonunu mənə verdi. Bizə görə əziyyət çəkdiyi üçün Sevinc xanıma üzrxahlığımı bildirdim.
Binəqədi məhkəməsindən çıxdıq…
Axşam birdən -birə evdə yadıma düşdü ki,
mən Sevinc xanımdan telefonunu alsam da, öz telefonumu Sevincə xanıma verməmişəm. Fikirləşdim, birdən Sevinc xanımın da mənə zəng etmək ehtiyacı yaranar.
Və götürüb Sevinc xanıma zəng etdim. Sevinc xanım telefonuma cavab verdi, mənim zəngimə əməlli -başlı sevindi və dedi: - Nə yaxşı zəng elədiniz, məhkəmədən yenə də mənə SMS gəlib, məni yenidən məhkəməyə çağırırlar, özü də bu dəfə SMS ikinci telefonuma da gəlib.
Əlim üzümdə qaldı…

NUH informasiya agentliyi səhifəsindən çap edilib