Dərc edilib: 29-04-2023

https://www.nuh.az/34446-.html

Formula 1: Bu gün sprint yarışları təşkil olunacaq

29.04.2023 10:23:21

LIVE

"Formula 1: Bu gün sprint yarışları təşkil olunacaq

Bu gün Azərbaycan Qran-prisində növbəti yarışlar keçiriləcək.
Qaynarinfo xəbər verir ki, həm "Formula 1", həm də "Formula 2"də sprint təşkil olunacaq.
Azərbaycan Qran-prisində ikinci günün proqramı
 
12:30. "Formula 1" Sprint Shootout (təsnifat)
15:00. "Formula 2"də əsas sprint yarışı
17:30. "Formula 1"də əsas sprint yarışı
Qeyd edək ki, ötən gün "Formula 1"də "Red Bull" pilotu Maks Ferstappen birinci sərbəst yürüşdə, "Ferrari"dən Şarl Lekler sıralama turunda lider olub. İkinci dərəcəli pilotlarda isə "Prema Racing"dən Oliver Bearman hər iki mübarizədə rəqiblərindən üstün olub. Azərbaycan Qran-prisi aprelin 30-da başa çatacaq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib