Dərc edilib: 01-05-2023

https://www.nuh.az/34458-.html

Moldovada kim prezident seçiləcək: UZUN, yoxsa ŞOR ?

01.05.2023 17:00:42

LIVE

Qaqauziyanın başqan seçkiləri: İki namizəd ikinci tura keçdi

Qaqauziya Mərkəzi seçki Komissiyasının muxtariyyət rəhbərinin seçkilərinin ilkin nəticələrini dərc edib. MSK-nın məlumatına görə, Qriqoriy Uzun 14 849, Yevgeni Hutsul isə 14 890 səs toplayıb. Beləliklə, Sosialistlər Partiyası (PSRM) və "Şor”un dəstəklədiyi namizədlər ikinci tura keçirlər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Newsmaker” məlumat yayıb.
MSK aydınlaşdırıb ki, ilkin məlumatlar məntəqə seçki büroları tərəfindən şifahi verilən məlumatlara əsaslanır.
İlkin məlumatlara görə, Sosialist Partiyasının dəstəklədiyi namizəd Qriqoriy Uzun və "Şor” partiyasının namizədi Yevgeniya Hutsul seçkilərin ikinci turuna keçib. 
Xatırladaq ki, aprelin 30-da Moldovanın Qaqauziya muxtar bölgəsinin rəhbəri vəzifəsinə seçkilər keçirilib. Qaqauziya MSK-nın ilkin məlumatlarına görə, seçkilərdə 57 019 nəfər iştirak edib. Seçici fəallığı 57,8 faiz təşkil edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib