Dərc edilib: 01-05-2023

https://www.nuh.az/34459-.html

Cocuq Mərcanlıda çoban minaya düşərək öldü

01.05.2023 18:54:55

LIVE

Cəbrayılda çoban minaya düşüb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə rayonun Cocuq Mərcanlı kəndində baş verib.

1964-cü il təvəllüdlü çoban Oqtay Alışov at üstündə olarkən tank əleyhinə minaya düşüb.

O, hadisə yerində ölüb.

DİN Mətbuat Xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hazırda aidiyyəti dövlət qurumları ilə birlikdə polis əməkdaşları hadisə yerində araşdırma aparır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib