Dərc edilib: 01-05-2023

https://www.nuh.az/34460-.html

I Vazgenin ermənilərə 1988-ci il tarixli müraciəti

01.05.2023 22:10:54

LIVE

Ermənilər Rusiyanın Rostov vilayətinə 6 il davam edən Rusiya-Osmanlı müharibəsi bitəndən sonra, 1774-cü ildən etibarən köçürülüblər.
 Bu, tarixi faktdır. Ancaq ermənilər üçün cəmi 300 il buraları öz tarixi vətənləri elan etməyə kifayət edib.
Bütün ermənilərin katalikosunun (I Vazgen) 12.06.1988-ci il tarixli müraciətindən (Q.Şahnazarovun “Tale” kitabından, səh.50-52; erməni dilində):
“Şimali Ermənistanda, Armavirdə (ermənilər Rostov bölgəsini belə adlandırırlar) ağılla məskunlaşdırma aparsaq, torpaqların 80% bizimdir. Narahatlığa heç bir əsas yoxdur, bizi Moskvada yüksək vəzifələr tutan çoxsaylı tərəfdarlarımız dəstəkləyir.
Düşünürəm ki, Moskvada 480000 erməninin olması mühüm göstəricidir. Övladlarım, sakit şəkildə, sülhlə evləri alın, yerliləri dilə tutun oradan getsinlər, doğma torpağımızda kök atın. SSRİ süqut edir, tezliklə biz Rusiyanın da dağılmasına səbəb olacağıq.
Xalqımızı torpağından didərgin salanlara qarşı səlib yürüşünü başlatmağımızın vaxtıdır. Əgər Şimali Qafqaz torpaqları Rusiyanın tərkibindədirsə, deməli səlib yürüşü də ruslara qarşı yönəlib”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib