Dərc edilib: 02-05-2023

https://www.nuh.az/34462-.html

Əli Kərim öldümü...öldürüldümü ? Şair Kəramət Kəramət yazır...

02.05.2023 01:07:41

Mədəniyyət

 

ƏLİ KƏRİM ÖLDÜMÜ ......ÖLDÜRÜLDÜMÜ?
təbi ki...öldürüldü. Əgər Allahın əcəliylə, təbii bir ömür axarında, lap elə bir qəzada həyatını qeyb etmiş olsaydı, yaşıdları, sonrakı nəsillər bu qədər sızlamaz, sərsənişdə bulunmaz, ədəbi içtimaiyyətin vicdanlı kəsiminin daxili əzabı marafon ağrısına çevrilməzdi.
Bir söz deyim, qəribçiliyə salmayın, İSTEDAD cəmiyyətin umumi davranışlarına, normal gedişinə mane olan hadisədi.: tarixdən üzübəri oxuduğum-öyrəndiyim, yaşadığım həyatım boyu bu qənaət barədə düşündüm.
Yanılmaq payını özümdə saxlayıram, bir şərtlə ki, əlbəttə, mühiti görməzdən gəlmək olmaz.
Dəstəbaz, yerlibaz, ədəbiyyatı tramplinə, meşşanlığa, şöhrət xəstəliyinə, vasitəyə çevirən mühitdə ədalət axtarışları daxili əzaba, məhrumiyyətlərə, dışlanmışlığa gətirib çıxarır, ya fiziki mühacirlik, ya da "Mən qürbətdə deyiləm, Qürbət mənim içimdə" başlar....hə, başlar ölümə aparan gözəgörünməz fərmanın iş icraçılığı. Rəsul Rzanın qayğısı haqqında eşitmiş, oxumuşam. Elza xanımın dilindən yaşadıqları mənzilin "dar , havasızlığı" barədə söhbətinə qulaq şahidliyi etmişəm, Kələntər Kələntərlidən də eşitdiyim "bəzi nüanslar" var, ən əsası, şeirlərinin mənə pıçıldadıqlarıdı. İşsiz qalması və s. Haqqında Məmməd Arazın iri həcmli məqaləsi , ölümündən bir il sonra (1970)-O, çoxumuzdan yaxşı yazırdı-batmanağırlıqlı təsbiti, Anarın xatirəsi, Məmməd İsmayılın çox səmimi -Aşıq şeiri üstdə köklənən ruhun Əli Kərim poeziyasıyla daxili dialoqu, daha sonralar Cavanşir Yusiflinin tədqiqi, elmi araşdırması...bir də özümdən deməsəm, olurmu ola, ikinci kursda oxuyanda Gecikən qiymətin tələsən qəmdi Ələ də düşməzsən hələm-hələm sən. Kitabın çıxıbdı, torpağın nəmdi Sevincdən ağlayıb-eləməmisən?,- yazmışdım. Lap əvvəldə demək istəyirdim ki, SƏNƏT-ƏDƏBİYYATa münasibət bir toplumun yaşam barometridi. Sənətə, ədəbiyyata ədalətsiz münasibət cəmiyyətin nəfəsciyini qapatmaq kimidi. VAY O GÜNƏ Kİ, ƏDƏBİYYAT özü ƏDALƏT HİSSİNİ İTİRƏ.
Allah dünyaya ədalətsiz baxanda Allahlığını itirməz, bir yazıçı ətrafına ədalətsiz yanaşırsa onun obrazı naqisdir, deməli, ondan yazıçı olmaz. Kütləviliyin bürküsündə, tünlüyündə, vur-çatlasında oksigen çatışmazlığını təkcə mənmi hiss edirəm?

NUH informasiya agentliyi səhifəsindən çap edilib