Dərc edilib: 02-05-2023

https://www.nuh.az/34463-.html

Mənim Mirzə Fətəliyə, Mirzə Cəlilə, Mirzə Ələkbərə ürəyim ağrayır...

02.05.2023 01:35:22

Cəmiyyət

Rasət Pirisoyu 
Mənim Mirzə Fətəliyə, Mirzə Cəlilə, Mirzə Ələkbərə ürəyim ağrayır. Vaxtı ilə nadanlıqla, avamlıqla, savadsızlıqla əlbəyaxa olan bu fədakar insanlar, bu fədakarlığın nəticəsində aradan qalxan nadanlığın, avamlığın, savadsızlığın yerini hansı ictimai bəlalar tutacağı haqqında heç düşünüblərmi?
Yəqin ki, düşünməyibələr.

Yəqin onların heç ağlına da gəlməyib ki, savadlı nadanlığın, savadlı avamlığın, savadlı savadsızlığın faciələri daha böyük ola bilər.
Görünür problem avamlıqda, nadanlıqda, savadsızlıqda deyilmiş.
İnsan ictimai informasiyanı təkcə təhsil ilə deyil, həm də genləri vasitəsi ilə alırmış…
Xəstə gen savadlı, bilikli xəstə nəsillər yaratmaq gücünə malik bir anormallıqmış.
İndi gizli laboratoriyalarda müxtəlif gen xəstəliklərindən əziyyət çəkən xalqlardan yaxa qurtarmaq layihələri işlənilir.
Xəstəliklər gen qrupları üzrə ixtisaslaşdırılır.
Dünyada gen araşdırıcıları da durmadan artır.
Bəşəriyyət təbii zəkayla sunii zəkanın üz - üzə gəldiyi dövrə qədəm qoyur.
Saxta ideyalar insanlıq tarixində artıq öz ömürünü başa vurmaq mərhələsini yaşayır.
Belə ideylardan biri də azadlıq ideyasıdır.
Azadlıq «ideyasının» Azərbaycanda ilk poetik formulasını Əli Kərim verib. Özü də necə bir dövrdə. SSRİ vaxtında. Ömrünün ən qaynar çağlarında savadlı nadalıqdan yaxa qurtarmaq üçün üzünü divara çevirib keçinən böyük şair Əli Kərim.
Mən şairin «Azad adam» şeirini səhifəmdə yayıram.
Azad adam
Küçədə elə danışır ki,
guya bütün insanlarla
müharizəsi var,
Yaxşı da gər səsi var,
Birinin pıçıltısını kəsir,
birinin fikir dolu sükutunu.
Elə bil hamının azadlığına
tutmusan bunu.
Mərifətdən azad,
hörmətdən azad,
Hər şeydən azad,
hər şeydən xali,
danışır ali-ali,
qışqırır qazı-qazı,
nadanlığın
bu sevimli,
bu hürr balası. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib