Dərc edilib: 02-05-2023

https://www.nuh.az/34465-.html

Yuxunuz ərşə çəkilirsə...

02.05.2023 08:49:53

LIVE

Fizioloqlar yuxu pozğunluğu olan insanlar barədə araşdırma aparıblar.  

"Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, amerikalı fizioloqların fikrincə, yuxusuzluq təkcə yuxu çatışmazlığı deyil, həm də yaxşı yatmamaq, yuxudan yarımçıq durmaqla əlaqəlidir.

Onlar bildiriblər ki, gecələr yata bilməməyin bir neçə ciddi səbəbləri vardır. Bunları aradan qaldırmaq isə elə də çətin deyil.

Gün ərzində idman hərəkətləri etmək çox vacibdir, ancaq yatağa girməzdən 4 saat əvvəl bu hərəkətləri bitirmək lazımdır, çünki adrenalin yuxuya getməyə mane ola bilər. 

Yüksək miqdarda karbohidratlar, B12 və C vitaminləri istehlak etmək lazımdır. Çünki bu insanlar digərlərindən daha tez yatır və erkən qalxma zamanı çətinlik çəkmirlər.

Yatmazdan əvvəl çox yemək olmaz. Dolu mədə yuxuya getməyə mane olur. Yaxşısı yüngül qəlyanaltı ilə keçinməkdir. Bu, həm yuxunu pozmur, həm də aclığı dəf edir. 

Yuxusuzluğa qalib gəlmək üçün eyni vaxtda yuxuya getmək və yuxudan oyanmaq lazımdır. Dəqiq vaxt rejimi nəinki yuxuya getmə probleminin həllinə, həm də gündüzlər insanın özünü gümrah hiss etməsinə kömək edir.

Gözəl bir gecə yuxusunu müşayət edən "Sleep" ("Yuxu") adlı əsəri dinləmək olar. Çünki hesab olunur ki, bu əsərdəki səs dalğalarının təkrarı və aşağı frekanslardan istifadə dərin bir "yavaş dalğa" yuxusu gətirir. 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib