Dərc edilib: 02-05-2023

https://www.nuh.az/34471-.html

Sabiq Xarici işlər naziri Həsən Həsənov Türkiyədə xəstələndi

02.05.2023 23:10:48

LIVE

Sabiq Xarici işlər naziri, sabiq səfir Həsən Həsənov Türkiyədə xəstələnib.

Bu barədə Musavat.com-a sabiq nazirlə birlikdə Bursada, tədbirlərdə olan Rauf Arifoğlu məlumat verib.

O deyib ki, H. Həsənovun vəziyyəti tədbirdə qəflətən pisləşib. Onu təcili yardımla "Medicana"(Bursa) xəstəxanasına aparıblar. Müayinələr nəticəsində bəlli olub ki, sabiq nazirin öd kisəsində problem var və əməliyyat olunmalıdır.

Yaxınlarının istəyi ilə əməliyyat sabah İstanbulda, xəstəxanalardan birində həyata keçiriləcək.

Rauf Arifoğlu: "Həsən Həsənovun səhhəti qənaətbəxşdir, biz onu təcili yardım məntəqəsində ziyarət etdik. Zarafatından qalmırdı və əhval - ruhiyyəsi yaxşı idi. Allah şəfa versin".

Musavat.com xəbər verir ki, bir qrup tanınmış Azərbaycan vətəndaşı Bursada tədbirlərdədir. Onlar Azərbaycanın Ümummili lideri Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan tədbirlərində iştirak edirlər.

Tədbirlərdən çəkilən fotoları və H. Həsənovun xəstələnməsindən yarım saat öncə çəkilən fotosunu eksklüziv olaraq təqdim edirik.

Musavat.com


NUH informasiya agentliyi səhifəsindən çap edilib