Dərc edilib: 03-05-2023

https://www.nuh.az/34476-.html

Astarada sabiq bələdiyyə sədri öldürüldü

03.05.2023 16:56:59

LIVE

Astarada qətlə yetirilən şəxs müəllim və sabiq bələdiyyə sədri imiş.

"Report”un Cənub bürosunun məlumatına görə, iki gün əvvəl itkin düşdüyü bilinən və bu gün meşə massivində meyiti tapılan rayonun Dirya kənd sakini, 54 Eynəli Calal oğlu Əzizov əvvəllər sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
Onun heyvandarlıq təsərrüfatının və ticarət obyektinin olduğu bildirilir.
Həmçinin E.Əzizov qətlə yetirildiyi qonşu Şümrüd kənd məktəbində vaxtı ilə müəllim işləyib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib