Dərc edilib: 05-05-2023

https://www.nuh.az/34491-.html

Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçiriləcək

05.05.2023 10:42:55

LIVE

Mayın 9-11-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçiriləcək.  

“Qafqazinfo” xəbər verir ki, 3 gün davam edəcək festival çərçivəsində konsert proqramları, sərgilər və müxtəlif təqdimatlar olacaq.

Qeyd edək ki, Şuşa şəhəri 2023-cü ildə həm də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Budəfəki “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında da TÜRKSOY-a daxil olan ölkələr, regionun türkdilli ölkələri və xalqlarının yaradıcı kollektivləri iştirak edəcəklər. 

Mayın 12-də isə “Şuşa- Türk dünyasının mədəniyyət paytaxtı  2023”  tədbirinin rəsmi açılışı olacaq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib