Dərc edilib: 05-05-2023

https://www.nuh.az/34492-.html

Kərəm Həsənovun kurasıyasındakı zavodun 6 milyon borcu var

05.05.2023 12:09:09

LIVE

"Azərboru” Açıq Səhimdar Cəmiyyətinin dövlətə milyonlarla vergi borcu var.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, "Azərboru” ASC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 5 milyon 877 min 546 manat 74 qəpik vergi borcunu ödəmir.
Balansındakı əmlakın ümumi dəyəri 9 milyon 300 min manat dəyərləndirilən ASC-nin qanuni təmsilçisi Heydərov Əliağa Südeyf oğludur. O, qanuni təmsilçi kimi 27.02.2023-cü ildə reysterdən keçirilib.  
Qeyri-rəsmi olaraq ASC-nin hələ də Prezidentin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun kurasıyasında fəaliyət göstərdiyi deyilir.
İllərdir sözügedən zavod zərərlə işləyib. Hətta ASC-nin banklara da külli miqdarda borcu yaranıb. 
Qeyd edək ki, "Azərboru” ASC Sumqayıt şəhərinin girişində, təxminən, 168 hektar ərazidə yerləşir. 1949-cu ildən istismara verilən və vaxtilə 12500 nəfər işçinin çalışdığı bu zavod keçmiş Sovet məkanında metallurgiya sahəsində boru istehsalı gücünə görə iki nəhəng zavoddan biri olub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib