Dərc edilib: 06-05-2023

https://www.nuh.az/34498-.html

İran İsveç vətəndaşını edam etdi

06.05.2023 11:13:29

LIVE

Bu gün İran ərəb separatçı qruplaşmasına rəhbərlik etməkdə ittiham olan İsveç-İran ikili vətəndaşlığı olan Həbib Şaabı edam edib.


“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı İranın “IRIB” teleşirkəti yayıb. 

Şaabın rəhbərlik etdiyi qruplaşmanın 2018-ci ildə hərbi parada hücum da daxil olmaqla, bır sıra insidentlərdə və terror aktlarında iştirak etdiyi bildirilir. Sözügedən parada hücum zamanı 25 nəfər həlak olub. Ümumilikdə isə qruplaşmanın fəaliyyəti nəticəsində 450-dən çox İran vətəndaşının öldüyü və yaxud yaralandığı qeyd olunub.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib