Dərc edilib: 06-05-2023

https://www.nuh.az/34500-.html

Abşeron Rayon Mərkəzi Xəstəxanasında Heydər Əliyevin 100 illiyinə həsr edilmiş konfrans keçirildi

06.05.2023 20:29:14

LIVE
Mayın 5-də Abşeron Rayon Mərkəzi Xəstəxanasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubleyinə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib.
 
Qaynarinfo xəbər verir ki, konfransda qonaq qismində TƏBİB-in icraçı direktorun müavini Araz Nəsirov, Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, İxtisaslı Tibbi Yardım departamentinin rəhbəri Teymur Mirzəbəyli, Tibbi xidmətlərin təşkili departamentinin rəhbəri Yaqut Qarayeva, Yolxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafazadə, Silahlı Qüvvələrin Baş Klinik Hospitalın Revmatoloji şöbəsinin rəisi Rəşad Cəfərov iştirak edib.
Konfrans başlamazdan əvvəl  Ulu öndərin Xırdalan şəhərindəki abidəsi ziyarət edilib, güllər qoyulub.
Tədbirdə ilk öncə Ulu Öndərin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 
Konfrans rəsmi və elmi olmaqla iki hissədən təşkil edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib