Dərc edilib: 06-05-2023

https://www.nuh.az/34501-.html

Müğənni Dəniz xanımın həbs etdirdiyi baş həkim azadlığa buraxıldı...

06.05.2023 20:41:36

Maraqlı

Bakı şəhəri, Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Rauf İsfəndiyarov da azadlığa buraxılıb. 

Qaynarinfo-nun məlumatına görə, müğənni Dəniz Əsədovanın yarım milyon manatdan artıq pulunu mənimsəməkdə ittiham edilən baş həkim barəsində məhkəmə yeni qərar verib. 
Belə ki, bu ilin fevral ayında barəsində istintaq müddəti üçün 3 aylıq həbs qəti imkanı seçilən R.İsfəndiyarov barəsində yeni qərar qəbul edilib. Sabunçu Rayon Məhkəməsinin yeni qərarı ilə, o, istintaq müddəti üçün ev dustağlığına buraxılıb.
 
Cinayət işinin istintaqının isə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə verildiyi bildirilir. 
Qeyd edək ki, müğənni Dəniz Əsədova Rauf İsfəndiyarovun ondan yarım milyon manatdan artıq pulu 2017-2018-ci illərdə aldığını deyib. Lakin baş həkim verdiyi vədə əməl etməyərək, pulları da öz şəxsi ehtiyaclarına xərcləyib. 
Barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq – külli miqdarda ziyan vurmaqla) maddəsi ilə iş açılan baş həkimin müğənniyə vəd verərək 627 min manatlıq dələduzluq etdiyi bildirilir.
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib