Dərc edilib: 07-05-2023

https://www.nuh.az/34508-.html

Metroda DƏHŞƏTLİ hadisə : Ac olduğunu deyən şəxsi boğub öldürdü - VİDEO

07.05.2023 16:40:41

LIVE

ABŞ qaradərili vətəndaşa qarşı zorakılıqla yenidən gündəmə gəlib.

Musavat.com xəbər ki, səfil həyatı yaşayan evsiz adam qatarda boğularaq öldürülüb.

Hadisə mayın 1-də ABŞ-ın Nyu-York şəhərində baş verib. 30 yaşlı Amerika vətəndaşı Jordan Neely şahidlərin sözlərinə görə, qatara mindikdən sonra ac və susuz olduğunu bildirib.

“Ölsəm və ya həbsə girsəm belə vecimə deyil”,-deyə həmin şəxs ağlayıb. Bir neçə dəqiqə sonra sərnişinlərdən biri ona hücum edib.

Keçmiş hərbçi olduğu bildirilən sərnişin "Neely"nin boynunu sıxaraq ona təzyiq göstərib. Evsiz kişi metroda hadisə yerindəcə ölüb.

Həmin anlar qatardakı sərnişinlər tərəfindən saniyə-saniyə lentə alınıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib