Dərc edilib: 08-05-2023

https://www.nuh.az/34513-.html

Əli Əliyev də əfv edildi

08.05.2023 11:22:53

LIVE

Həbsdə olan Vətəndaş və İnkişaf  Partiyasının (VİP) sədri Əli Əliyev əfv edilib.

"Qafqazinfo" xəbər verir ki, bununla bağlı bu gün Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Sabunçu Rayon Məhkəməsinin 2022-ci il 22 noyabr tarixli hökmü ilə məhkum edilmiş Əli Əliyev əfv olunub.

Qeyd edək ki, partiya sədri 3 il 6 ay müddətə azadlıqdan məhrum edilmişdi. Partiya sədri əvvəlcə üç müxtəlif şəxs tərəfindən xüsusi ittiham qaydasında şikayət olunduğu üçün 1 il müddətə azadlıqdan məhrum edilmişdi. Daha sonra təcridxanada kamera yoldaşına xəsarət yetirdiyi üçün cəza müddəti 2026-cı ilə qədər uzadılmışdı.

NUH informasiya agentliyi səhifəsindən çap edilib