Dərc edilib: 08-05-2023

https://www.nuh.az/34514-.html

Rafiq Bayramov əfv olundu

08.05.2023 11:25:51

Cəmiyyət

Sabiq mədəniyyət nazirinin müavini Rafiq Bayramov əfv edilib. 


"Qafqazinfo" xəbər verir ki, bununla bağlı bu gün Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 17 avqust tarixli hökmü ilə məhkum edilmiş sabiq nazir müavini əfv olunub.

Qeyd edək ki, R.Bayramov 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub. O, 1,8 milyon manat rüşvət almaqda ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 4 il 6 aya endirib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib