Dərc edilib: 08-05-2023

https://www.nuh.az/34516-.html

ADU-nun professoru “Fəxri doktor” diplomu ilə təltif edilib

08.05.2023 14:32:25

Hadisə

 ADU-nun professoru “Fəxri doktor” diplomu ilə təltif edilib

Azərbaycan Dillər Universitetinin (ADU) Fəlsəfə və ictimai elmlər kafedrasının professoru, iqtisad üzrə fəlsəfə doktoru Şəfəq Abdullayeva Beynəlxalq Psixologiya Akademiyasının “Fəxri doktor” diplomu ilə təltif edilib. Beynəlxalq Psixologiya Akademiyasının rektoru Valentina Kaçmala rəhbərlik etdiyi akademiyanın Fəxri doktor diplomunu təqdim etməkdən şərəf duyduğunu vurğulayıb.
Şəfəq Abdullayeva ona verilən fəxri ada və göstərilən diqqətə görə Beynəlxalq Psixologiya Akademiyasının rəhbərliyinə və Elmi Şura üzvlərinə öz minnətdarlığını bildirib.
Qeyd edib ki, bu ali mükafat iki ölkə arasındakı dostluq münasibətlərinin göstəricisidir və Ukrayna ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün atılan addımlardandır.
Dostluq və qarşılığın etimad şəraitində Ukrayna ilə əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi və yeni perspektivlərin yaranması üçün bundan sonra da imkan və səy göstəriləcək.
Təbrik edirik!

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib