Dərc edilib: 10-05-2023

https://www.nuh.az/34528-.html

Heydər Əliyevin mühafizəçisi onunla bağlı xatirələrini bölüşdü - VİDEO

10.05.2023 10:55:14

LIVE

"1974-cü ildə məndən soruşdular ki, harada işləmək istəyərsən? Dedim ki, Heydər Əliyevin cangüdəni olmaq istəyirəm”. 

Bunu Baku TV-yə müsahibəsində ümummilli lider Heydər Əliyevin şəxsi mühafiziçisi Mahir Musayev deyib.
O,1975-ci ildən hüquq-mühafizə orqanlarında xidmətə başlayıb. 1988-ci ildə Bakı şəhəri Əzizbəyov rayon Daxili İşlər Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin olunub.
Mahir Musayev 1992-ci ildə Prezidentin Təhlükəsizlik Xidmətində çalışmağa başlayıb:
"1991-ci ilin dekabrında Türkiyəyə tətilə getdim. Gələndən sonra zəng etdim şöbəyə, dedilər ki, sən daha burada işləmirsən, Prezident Aparatında işləyirsən”.
Ulu öndərlə xatirələrindən, səmimi anlarından danışan M.Musayev Heydər Əliyevə qarşı edilən sui-qəsd cəhdindən də bəhs edib.
Daha ətraflı süjetdə:

NUH informasiya agentliyi səhifəsindən çap edilib