Dərc edilib: 10-05-2023

https://www.nuh.az/34533-.html

79 yaşında 7-ci dəfə ata oldu

10.05.2023 22:30:28

LIVE

Məşhur amerikalı kinoaktyor, 79 yaşlı Robert De Nironun 7-ci dəfə ata olduğu bildirilib.


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Oskar mükafatlı aktyorun nümayəndəsi onun 7-ci övladının doğulduğunu təsdiqləyib.

 
De Niro-nun yeni doğulan uşağının adı, cinsi və anası da daxil olmaqla, doğumla bağlı başqa təfərrüatlar paylaşılmayıb.

 “PageSix” nəşrinin məlumatına görə, uşağın anası De Nironun 2015-ci ildə “The Intern” filmində tanış olduğu və o vaxtdan bəri görüşdüyü Tiffani Çendir.

Qeyd edək ki, De Nironun 1976-1988-ci illərdə evləndiyi birinci həyat yoldaşı Diahnne Abbottdan 51 və 46 yaşlarında iki övladı, 1988-1996-cı illərdə birlikdə yaşadığı Tuki Smitdən 27 yaşlarında əkizi və 1997-ci ildə evləndiyi ikinci həyat yoldaşından 24  və 11 yaşında iki övladı var.

NUH informasiya agentliyi səhifəsindən çap edilib