Dərc edilib: 11-05-2023

https://www.nuh.az/34540-.html

Sosial şəbəkələrdə vəzifəli şəxsi təhqir etdi, həbs olundu

11.05.2023 17:29:33

LIVE

Cəlilabad Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Elnur Azadxanovun rayon sakini, 1974-cü il təbəllüdlü Mirrahil Cabbarov barəsində məhkəməyə etdiyi xüsusi ittiham qaydasındakı şikayətinə baxılıb. 


“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, E.Azadxanov M.Cabbarovun sosial şəbəkələrdə video yayaraq barəsində təhqir və böhtana yol verdiyini bildirib. O, M.Cabbarovun Cinayət Məcəlləsinin 147 və 148-ci (Təhqir və böhtan) maddələrinə əsasən cəzalandırılmasını xahiş edib.

Məhkəmədə M.Cabbarovun yutub və feysbukda yaydığı görüntülər və səsləndirdiyi fikirlər sübut kimi dəyərləndirilib. Görüntülərdə M.Cabbarov xəstəxana rəhbərliyinin, xüsusilə də E.Azadxanovun rayon səhiyyəsinə rəhbər təyin edilməsindən sonra bu sahənin acınacaqlı vəziyyətə düşməsini, xəstəxanada işçilərin rüşvət qarşılığında işə götürülməsini bildirib. O, E.Azadxanovun ünvanına təhqiramiz ifadələr işlədərək onun müxtəlif cinayət əməlləri törətməsini iddia edib.  

Cəlilabad Rayon Məhkəməsinin hökmü ilə ona 1 il həbs cəzası verilib. Mirrahil Cabbarov məhkəmə zalındaca həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.

Qeyd edək ki, Elnur Azadxanov daha çox pandemiya dövründə Operativ Qərargahın brifinqlərində tez-tez media önünə çıxmağı ilə tanınmışdı.

NUH informasiya agentliyi səhifəsindən çap edilib