Nazir ona yüksək vəzifə verdi (FOTO)
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin müvafiq əmrinə əsasən Göygöl Milli Parkına yeni direktor təyin olunub.
Publika.az-ın yerli bürosunun verdiyi məlumata görə, Göygöl Milli Parkının Elm, Ekoloji Maarifləndirmə və Ekoturizm işləri üzrə dirtektor müavini Fuad Quliyev bundan sonra direktor vəzifəsini icra edəcək.
Fuad Quliyev 1982-ci il iyun ayının 11-də Qarabağın dilbər guşələrindən olan Xocalı rayonunun Kosalar kəndində anadan olub.
Azərbaycan Dövlət Aqrar Universitetində ekologiya ixtisası üzrə ali təhsil alıb. 20 ilə yaxındır ki, Göygöl Milli Parkında çalışır.
