Dərc edilib: 12-05-2023

https://www.nuh.az/34546-.html

Oliqarxlara məxsus obyektlərdə görməməzliklə rastlaşırıq

12.05.2023 13:09:04

Cəmiyyət

"İnsan alverlərindən biri olan məcburi əməyə cəlb etmənin aqrar sektorda olması göstərilir. Amma müxtəlif sektorlarda, xidmət sahələrində, məsələn, marketlərdə, avtoyuma və təmiri yerlərində uşaq əməyindən istfadə, eləcə də müqaviləsiz işləyən çoxsaylı insanların şahidi oluruq". 

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Etibar Əliyev deyib.
 
Deputat bildirib ki, fərdi sahibkarların obyektlərində bu cür halları görəndə sərt münasibət sərgilənir, amma oliqarxlara məxsus obyektlərdə görməməzliklə rastlaşırıq:
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq strukturları bu istiqamətdə fəaliyyətini gücləndirməlidir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib