Dərc edilib: 27-05-2023

https://www.nuh.az/34552-.html

Zəngilanda təxribat törətmək istəyən iki erməni hərbçi saxlanılıb

27.05.2023 20:22:17

LIVE

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycanın dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınıb, iki erməni hərbçi saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, təxribatla bağlı Ermənistan Müdafiə Nazirliyi də məlumat yayıb.

 
Məlumatda iki hərbçi ilə əlaqənin kəsildiyi qeyd olunub.

Qarşı tərəf təxribata don geyindirərək, saxlanılanları döyüş mövqelərini ərzaqla təmin edən hərbçilər kimi qələmə verib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib