Dərc edilib: 28-05-2023

https://www.nuh.az/34572-.html

Seçkilərin nəticələri açıqlanır: Səslərin 82 faizi sayılıb, Ərdoğan liderdir

28.05.2023 21:22:34

LIVE

Türkiyədə prezident seçkilərinin ikinci turunda seçki qutularının 82.64 faizi açılıb.

Qaynarinfo xəbər verir ki, "Anadolu" agentliyinin açıqladığı ilkin nəticələrə əsasən, Cümhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğan seçicilərin 53.41%-nin (22,733,801), Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu isə 46.59%-nin (19,830,274) səsini qazanıb.
 
19.30
Türkiyə Yüksək Seçim Qurumu ikinci tur prezident seçkilərinin ilkin nəticələrinin yayımlanması ilə bağlı qadağanı aradan qaldırdıqdan sonra səsvermənin nəticələri açıqlanmağa başlayıb.
Qaynarinfo Anadolu Agentliyinə istinadla xəbər verir ki, ilkin nəticələr belədir: Rəcəb Tayyib Ərdoğan 57,09 faiz, Kamal Kılıçdaroğlu 42,91 faiz səs.
İndiyədək seçki qutularının 42,78 faizi açılıb. Səslərin sayılması prosesi davam edir.
 
Türkiyədə keçirilən ikinci tur prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.
Bu barədə Qaynarinfo "Yeni Şafak" nəşrinə istinadən xəbər verir.
Belə ki, səsvermə bülletenlərinin 21,05 faizinin işlənməsinin nəticələrinə görə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 60,07 faiz səs qazanıb.
"Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 39,3 faiz səs toplayıb.
Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 %-dən çox səs toplamadığı üçün bu gün səsvermənin ikinci turu keçirilib. Türkiyə tarixində ilk dəfədir ki, prezident seçkiləri ikinci tura qalır.
Prezident vəzifəsi uğrunda 2 namizəd mübarizə aparıb. Bunlar "Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və "Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğludur.

NUH informasiya agentliyi səhifəsindən çap edilib