Dərc edilib: 29-05-2023

https://www.nuh.az/34576-.html

Bakıda dəhşətli qəza - Ana, uşaq və nənə öldü

29.05.2023 01:08:48

LIVE

Bakının Suraxanı rayonunda ağır yol nəqliyyatı hadisəsi baş verib. 


NUH.az     APA-ya istinadən xəbər verir ki, qəza Hövsan qəsəbəsi ərazisində baş verib.

Belə ki, Hövsan şossesində Qum adası istiqamətində hərəkətdə olan “Nissan” markalı avtomobilin sürücüsü qəfil yola çıxan üç nəfəri vurub. Ana, uşaq və nənə zərbənin təsirindən hadisə yerində ölüb.

 
Hazırda Hövsan şossesində hərəkət məhdudlaşdırılıb.

Hadisə şahidləri yolun işıqlandırılması səbəbindən belə hadisənin baş verdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib