Dərc edilib: 29-05-2023

https://www.nuh.az/34580-.html

“Şofer Əhməd” vəfat etdi

29.05.2023 22:20:46

Mədəniyyət

Tanınmış kinorejissor, Əməkdar artist, Elxan Qasımov dünyasını dəyişib. 


“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

Qeyd edək ki, Elxan Məmməd oğlu Qasımov 24 aprel 1945-ci ildə Naxçıvanda anadan olub. “Əhməd haradadır” filmindən “sürücü Əhməd” kimi tanınan Elxan Qasımov 1969-cu ildən “Azərbaycanfilm” kinostudiyasında işləyirdi. Bədii, sənədli filmlərin, “Mozalan” süjetlərinin müəllifidir.

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdü.

Aktyorun səhhətində bu ilin mayında problemlər yaranmışdı.

NUH informasiya agentliyi səhifəsindən çap edilib