Dərc edilib: 30-05-2023

https://www.nuh.az/34582-.html

Kosovoda 41 NATO hərbçisi yaralandı: Vuçiç xalqa müraciət edəcək

30.05.2023 01:06:22

LIVE

NATO-nun rəhbərlik etdiyi Beynəlxalq Təhlükəsizlik Qüvvələri (KFOR) bazar ertəsi Kosovo və Metoxiyadakı Zvecan bələdiyyəsinin inzibati binası qarşısında etiraz aksiyası keçirən serblərə hücum edib.

Bildirilir ki, NATO qüvvələri insanlardan binadan uzaqlaşmalarını istəyiblər. Etirazçılar isə silahlı olmadıqlarını və aksiyanın dinc keçdiyini göstərmək üçün əllərini yuxarı qaldıraraq yerdə oturmağa qərar veriblər.

Qeyd olunur ki, bundan sonra KFOR əməkdaşları səsli qumbara və gözyaşardıcı qazdan istifadə ediblər.

İtaliya XİN-dən verilən məlumata görə, toqquşma nəticəsində hərbi qulluqçular arasından 41 nəfər yaralanıb.

Bölgədə vəziyyətin kəskinləşməsi fonunda Serbiya Prezidenti Aleksandar Vuçiç xalqa müraciət edəcək...oxu.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib