Dərc edilib: 01-06-2023

https://www.nuh.az/34606-.html

Bu gün tanınmış rəssam Yusif Mirzənin doğum günüdür

01.06.2023 11:00:13

Mədəniyyət

Bu gün  tanınmış  rəssam  Yusif Mirzənin doğum günüdür. 


Rəssam  1959-cu ildə Laçın rayonunun Sadınlar kəndində anadan olub. 1976-cı ildə Bakı Pedaqoji İnstitutunun Qrafika fakültəsinə daxil olub. 1981-ci ildə rəssamlıq fakültəsini bitirmişdir. 1981 – 1985-ci illərdə Laçın Xalq Teatrında rəssam işləmişdir.

 

1987-ci ildə, Bakıda, "Ölkənin Gəncləri" adlı sərgidə, 1990-cı ildə Qazaxıstanda keçirilmiş "Xəzər – Dostluq Dənizidir" adlı sərgidə iştirak etmişdir.

1990-cı ildə Latviyanın Riqa şəhərində Bakı günləri çərçivəsində keçirilən sərgidə iştirak etmişdir. 1990-cı ildə Fransanın Nitsa şəhərində Azərbaycan rəssamlarının sərgisində iştirak etmişdir. 1991-ci ildə BƏƏ-də, Abu-Dabi şəhərində Azərbaycan rəssamlarının sərgisində iştirak etmişdir.

1994-cü ildə Britiş Petroleum tərəfindən İstanbulda təşkil edilmiş, Azərbaycan və Türkiyədən olan gənc rəssamların sərgisində iştirak etmişdir. 1996-cı ildə Ankarada, Novruz Festivalına həsr edilmiş Türkdilli ölkələrin rəssamlarının birgə sərgisində iştirak etmişdir.

1997-ci ildə Norveçdə, Oslo Mədəniyyət Mərkəzində keçirilən sərgidə iştirak etmişdir. 1998-ci ildə Şimali Kiprdə, Nikosiyada, Atatürk Kültür Mərkəzində keçirilən sərgidə iştirak etmişdir.

Onun işləri ABŞİngiltərəAlmaniyaFinlandiyaNorveçİsveçTürkiyəİranKiprLatviya və digər ölkələrdə özəl kolleksiyalarda yer almışdır.

Müxtəlif üslublarda işlənmiş rəsm əsərləri dünyanın 20-dən artıq ölkəsində çeşidli qalereyalarda sərgilənib.

Məşhur norveçli səyyah Tur Heyerdal Azərbaycana səfəri zamanı Yusif Mirzənin rəsmləri ilə tanış olub, rəssamın yaradıcılığını yüksək qiymətləndirib, öz şəxsi muzei üçün müəllifin bir neçə əsərini satın alıb.

Yusif Mirzə hal-hazırda Bakı şəhərində yaşayır.

 

NUH.az  

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib