Dərc edilib: 01-06-2023

https://www.nuh.az/34607-.html

Bakıda 175 saylı avtobusda silahlı manyak peyda olub

01.06.2023 11:44:34

Kriminal

Bakıda 175 saylı avtobusda silahlı  manyak peyda olub. 


28 May metrosundan Hövsan qəsəbəsi istiqamətində hərəkət edən avtobusun sərnişinlərindən birinin NUH.az saytına dediklərinə görə, bir neçə gün öncə axşam 22-00 radələrində avtobusda qara eynəkli, hündür, idmançı görkəmində bir manyak peyda olub. Əlində bıçaq olan manyak sürücüyə və sərnişinlərə hədə-qorxu gəlməyə başlayıb. Sərnişinlər qorxusundan səsini çıxara bilməyiblər. Manyak əvvəlcə sürücüyə qarşı təhqiramiz sözlər işlədib, ehtiyat edən sürücü heç bir reaksiya verməyib. Hətta manyak sürücüdən qapını açmamağı tələb edib və sonda bıçaqla sürücüyə xəsarət yetirib.

Nəhayət manyak  Hövsanda  "Şüşəli bazar" deyilən ərazidə, poçtun yanında, yolun qaranlıq  hissəsində  avtobusu tərk edib. 

Həmin sərnişinin dediyinə görə, artıq 175 saylı avtobusun daimi sərnişinləri avtobusa minməyə ehtiyat edirlər və dövlət qurumlarından xahiş edirlər ki, buna son qoyulsun və həmin manyak zərərsizləşdirilsin. Çünki həmin manyak istənilən anda sərnişinlərə, sürücüyə ağır xəsarət yetirə, hətta öldürə bilər.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin, yaxud BakuBus-un fikrini öyrənməyə hazırıq. Görəsən, BNA, yaxud BakuBus  bu barədə polisə müraciət etdibmi  ?  

NUH.az  

NUH informasiya agentliyi səhifəsindən çap edilib